Almaniyadan Türkiyə barədə açıqlamabackend

Almaniyadan Türkiyə barədə açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ərdoğan dünən: \”Sizin bu qərarlarınız keçmişdəki nasistlərin qərarlarından fərqli deyil. Bunu belə bilin\”-demişdi. Bu gün isə Almaniyanın baş naziri Angela Merkelin mətbuat katibi gərginləşən Ankara-Berlin münasibətlərinə dair açıqlama verib.

Steffen Zaybert deyib: \”Sakit və soyuqqanlı olmaq lazımdır. Almaniya və Türkiyə lazımsız tənqidlərə yol verməməlidir. Almaniya hökuməti Ərdoğanın bənzətmələrini şiddətlə rədd edir. Nasistlərlə müqayisə etmək həmişə absurd və yersiz bənzətmədir. Bu tip müqayisələr nasistlərin işlədiyi cinayətlərin önəmini azaldır\”.

İnterpress.az