Qazaxıstanda Prezidentin səlahiyyətləri əlindən alındıbackend

Qazaxıstanda Prezidentin səlahiyyətləri əlindən alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yeni qanuna əsasən prezidentin bəzi səlahiyyətləri parlamentə və hökumətə verilib.

Qazaxıstan parlamenti bir ay əvvəl referenduma təqdim edilən qərar layihəsini qəbul edib. Bu layihəyə əsasən prezidentin bəzi səlahiyyətləri ölkənin parlamentinə və nazirlər kabinetinə verilir.

Prezident Nursultan Nazarbəyov tərəfindən ötən həftənin cümə günü parlamentə təqdim edilən konstitusiya layihəsi parlamentin ikinci müzakirəsindən sonra qəbul edilib. Millət vəkili Nurlan Abdirov layihəni oxuyub.

Abdirov layihənin parlamentin bütün komissiyalarında müzakirə edildiyini bildirərək dəstəklənməyini xahiş edib. Müzakirələrdə iştirak edən 105 millət vəkilindən 104-ü layihənin lehinə səs verib.
Qanun prezident tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Konstitusiya dəyişikliyinə əsasən prezidentin maliyyə, iqtisadiyyat, dövlət mülkiyəti və idarəetmə sahələrindəki 23, digər qanunlar çərçivəsində isə 35 səlahiyyəti parlamentə təhvil verilir. Prezident konstitusiyanın qorunması, müdafiə və təhlükəsizlik, xarici və daxili siyasət kimi məsələlərdə səlahiyyətli olacaq.

İnterpress.az