Qırışlara qarşı- Jelatin maskasıbackend

Qırışlara qarşı- Jelatin maskası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baxımlı və təzə dəriyə sahib olmaq istəyən xanımlara bütün dünyada üz üçün jelatin maskasından istifadə etmək məsləhət görülür. Jelatin yaşla əlaqədar azalan kollagen çatışmamazlığını əvəzləyir. O, xırda qırışları yox edir, dərini ağardır, onu yumşaq edir və qan dövranını yaxşılaşdırır.
Gözəllik salonlarında jelatindən yanaqların və çənənin dartılmasında köməkçi vasitə kimi istifadə edilir. Bundan əlavə onu şampunlara və dırnaqları möhkəmlədən vasitələrə də əlavə edirlər. Sizə ən yaxşı jelatin maskasını məsləhət görürük, hansı ki, bu maskadan xeyli sayda qadın istifadə edib.

Cavanlaşdırıcı maska

Tərkib:

2 xörək qaşığı qaynamış su

1 çay qaşığı jelatin

2 çay qaşığı banan püresi

Suyu jelatinlə qarışdırın, qoyun bir qədər şişsin. Sonra banan püresi əlavə edib qarışdırın.

Maskadan istifadə qaydaları

Jelatin maskasını bərabər səviyyədə nazik qatla yaxşı təmizlənmiş üz dərisinə çəkin. Göz ətrafı, dodaqlar, boyun və boğazın dərisinə çəkmək olmaz.
Jelatin maskası çəkildikdən sonra üz əzələləri rahatlayır. Maskanı 20 dəqiqə üzünüzdə saxlayın.Sonra isti suyun köməyi ilə masaj hərəkətləri ilə təmizləyin.
Bu maskadan müntəzəm istifadə edin ki, dəriniz daha baxımlı olsun.

İnterpress.az