ATV telekanalının yayımı dayandı – YENİLƏNİBbackend

ATV telekanalının yayımı dayandı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Azad Azərbaycan” Televiziyası (ATV) yayımını yaxın bir saat ərzində bərpa edəcək.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Telekanalın ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ATS tərəfindən görülən profilaktik tədbir zamanı qəza baş verib, nəticədə kanalın və FM radiolarının yayım üçün çıxış rolu oynayan kabelləri yanlışlıqla zədələnib.

“30-40 dəqiqə ərzində problemin aradan qaldırılacağını və yayımların bərpa olunacağını gözləyirik”.

Qeyd edək ki, “Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında bir saat əvvəl problem yaranıb.

***

Telekanaldan verilən məlumata görə, 38 saylı ATS tərəfindən görülən profilaktik tədbir zamanı qəza baş verib, nəticədə kanalın və FM radiolarının yayım üçün çıxış rolu oynayan kabelləri yanlışlıqla zədələnib.

“Aidiyyəti qurumlardan verilən məlumata görə ən qısa zamanda problem aradan qaldırılacaq və yayımlar bərpa olunacaq”, – deyə bildirilib. ( apa )

İnterpress.az