İnterpress.az xəbər verir ki, görüşdə çıxış edən Angela Merkel Aİ-nın inkişaf etməli olduğunu bildirib: \”Əks halda qurduğumuz hər şey dağıla bilər\”.
Görüş Versal sarayında keçirilib və Almaniya, İtaliya, İspaniya baş nazirləri ilə yanaşı Fransa prezidenti də toplantıda iştirak edib.
Miqrant probleminin normal yollarla həll edilməsi lazım olduğunu bildirən Fransa prezidenti deyib: \”Hüquq dövləti və sülhün təhdid altında olduğu bir dövrdə yaşayırıq. Avropanın ilk işi təhlükəsizliyi təmin etməkdir.
Almaniyanın baş naziri Angela Merkel isə Aİ-yə üzv ölkələrin öhdəliklərinə diqqət çəkərək deyib: \”Aİ olaraq inkişaf etməyə, irəliləməyə davam etməliyik. Fəqət, irəliləyə bilməsək, qurduğumuz hər şey dağıla bilər. Aİ-yə üzv 27 dövlət təşkilat prinsiplərinin tələblərinə əməl etməlidirlər\”.
Merkel Avropa İttifaqının qlobal bir aktyora çevrilməsinin lazım olduğunu vurğulayıb.
İnterpress.az