“Məşhur brendlər adı altında saxta yuyucu tozlar satılır”backend

“Məşhur brendlər adı altında saxta yuyucu tozlar satılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yuyucu toz bazarında müxtəlif markalı məhsulların mövcudluğu hər kəsə bəllidir. Maraqlıdır, bazardakı bütün bu məhsulların hamısı doğrudanmı istifadəyə yararlıdır? Satəşda saxta yuyucu tozlar mövcuddurmu?
İnterpress.az xəbər verir ki, Moderator.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov hətta məşhur brendlər adı altında istehlakçılara saxta məhsulların təklif edildiyini bildirib:
“Bizim ofisimizdə saxta “Ariel”, saxta “Tide” və s. kimi nümunələri var. Biz müəyyən tədqiqat da aparmışıq. Məlum olub ki, Sədərək bazarında yuyucu tozların açıq satışı həyata keçirilir. Bir kisə ordan alınan yuyucu toza yola səpilmək üçün nəzərdə tutulan 3 kisə duz qatırlar. Daha sonra bunların adını çəkdiyim brendlərin qabları kimi qablaşdıraraq satışa çıxarırlar. Xüsusilə də bu, qərb regionunda geniş yayılıb. Adını çəkdiyim tozların saxta nümunələrinin Gürcüstandan gətirilmə variantları da var. Lakin əlaqədar qurumlar bazarın təmizlənməsi üçün heç bir addım atmır. Və təbii ki, bazarda saxta yuyucu tozların yer alması istehlakçı hüquqlarının pozulması deməkdir”.

İnterpress.az