İnterpress.az-ın məlumatına görə, Britaniya parlamentinin bir millət vəkili ofisdə dikdaban ayaqqabı geyinməyə məcbur edilən qızının ayağını sındırmasından şikayət edib.
Bundan əvvəl hökumət qadınların geyiminə seksist müdaxiləyə görə şirkətlərə qarşı sərt tədbir görəcəyini vəd etmişdi.
Nazirlər deyirlər ki, ölkə boyunca qəbul ediləcək geyim məcəlləsi şirkətləri diskriminasiyaya qarşı qanunları pozmaq, işçilərindən \”seksuallaşdırılmış geyimlər\” tələb etmək imkanından məhrum edəcək.
Leyborist millət vəkili Gill Furniss bildirib ki, onun 27 yaşlı qızı Emily \”iş geyimi\” ucbatından yıxılaraq ayaq darağı sümüklərini sındırıb və buna görə ona heç kompensasiya da ödənilməyib.
Belə bir sınma vaxtilə David Beckham-i 2002-ci ilin Dünya Çempionatında oynamaqdan məhrum etmişdi.
Millət vəkili deyib ki, bir çox şirkətlər qadınlar üçün \”alçaldıcı\” geyim məcəllələri tətbiq edirlər.
\”Onlara bəzən dodaqlarına qırmızı boyanın hansı çalarını vurmaq da diqtə edilir\” – deyib millət vəkili.
\”The Telegraph\” yazır ki, 150 min insan parlamentin saytına göndərilmiş petisiyanı imzaladıqdan sonra millət vəkilləri bu problemi müzakirə etmək qərarına gəliblər.
Bu petisiyanı London resepsionçusu Nicola Thorp hazırlayıb. O dikdaban ayaqqabı geyinmək üçün müdirləri tərəfindən evə göndərildikdən sonra bir daha iş yerinə getməyib.
İndi millət vəkilləri qadınların geyimlərinə və paltarlarına dair iş normativlərini dəqiqləşdirəcək maddənin cinsi bərabərlik maddəsinə daxil edilməsini düşünürlər.
Millət vəkilləri bildiriblər ki, qadınların iş yerində nə geyindikləri onların insan haqqıdır və bu şəkildə də təsbit edilməlidir.
Qadın siyasətçilərin fikrincə, bir çox şirkətlərin əsaslandığı geyim məcəlləlləri 1970-ci illərdən qalıb və qanundankənar elan olunmalıdır. (bbc)
İnterpress.az