Xarici media Türkiyədə əsgəriərə hicab və saqqal icazəsi verilməsindən yazıbbackend

Xarici media Türkiyədə əsgəriərə hicab və saqqal icazəsi verilməsindən yazıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”The Independent\” yazır ki,Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın opponentləri onu Türkiyə hərbiyyəsini \”islamlaşdırmaq\” cəhdində ittiham edirlər.

Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, silahlı qüvvələrdə xidmət edən qadınların başlarını örtə bilmələri üçün hərbi məcəllədə dəyişikliklər ediləcək. Digər tərəfdən mühafizəkar müsəlman qruplar orduda xidmət edən kişilərə saqqal saxlamaq hüququnun tanınmasına çağırışlar edirlər.

Tənqidçilər bildirir ki, bu dəyişikliklər Türkiyə ordusunun ölkədə dünyəviliyin müdafiəçisi olmaq funksiyasından və əsası Mustafa Kemal Atatürk tərəfindən qoyulmuş prinsiplərdən uzaqlaşdırılmasına və Ərdoğana sadiq daha dindar hərbi qüvvə yaradılmasına xidmət edəcək.

Qəzet xatırladır ki, dəyişikliklər barədə söhbətlər ötən ilin iyulunda baş tutumamış çevriliş cəhdindən bu yana hərbi xidmətə ilk çağırış zamanına təsadüf edir.

Prezident Ərdoğan silahlı qüvvələrin üç növünü artıq öz akademiyalarına rəhbərlikdən məhrum edib. İndi bu akademiyalar Müdafiə Nazirliyinin kurasiyasında olacaq.

Bütün bu şayiə və dedi-qodular həm də Türkiyənin siyasi sistemini dəyişə biləcək aprel referendumunun ərəfəsində dövr edir.

Prezidentin öz hərbi müşaviri, polkovnik Ali Yazıcı hərbi çevriliş cəhdində iştirakda ittiham edilərək həbs olunub və onun yerinə 1997-ci ildə islamçılara rəğbəti ilə əlaqədar ordudan qovulduğu iddia edilən briqada generalı Adnan Tanrıverdi gətirilib.

Cənab Tanrıverdi \”Sadat\” adlı hərbi xidmətlər təlimi bürosunun sahibidir və indi hökumət opponentləri narahatdırlar ki, o, prezident Erdoğan-ın düşmənlərinə qarşı vuruşmağa hazır hərbiləşdirilmiş dəstələr yaratmaq işinə cəlb edilə bilər.

Mühafizəkarlar deyirlər ki, hərbçi xanımlara baş örtüsü icazəsinin verilməsi onların qətiyyətini artıracaq. Onların artıq reklam plakatı da var. Bu 23 yaşlı kompüter tələbəsi Merve Gürbüzdür. O tezliklə Türkiyənin ilk hicablı qırıcı pilotuna çevrilə bilər.

Silahlı qüvvələrdə işləyən qadınlara hicab, kişilərə isə saqqal saxlamaq icazəsi artıq verilib. Bu qanun fövqəladə vəziyyətdə, parlament müzakirəsi olmadan fərman şəklində qəbul olunub.

Tənqidçilər deyirlər ki, hicab və saqqal icazəsinin həqiqi xidmətdə olan hərbi qulluqçulara da veriləcəyi indi məntiqli görünür. Rəsmilər bu barədə hələlik hər hansı qərarın olmadığını deyirlər.

İndi Türkiyə hökuməti Ərdoğan, AKP və Gülenin birləşərək dünyəviçilər üzərinə hücum etdiyi vaxtları xatırlmağaı xoşlamır, lakin tənqidçilər deyirlər ki, prezident çevriliş cəhdi ittihamından siyasi opponentləri üzərinə hücum aləti kimi istifadə edir.

Lakin hazırda NATO-nun böyüklüyünə görə ikinci ordusunun islamlaşdırılması bir sıra keçmiş zabit və generalları narahat edir.

Keçmiş kontradmiral Türker Ertürk deyib: \”Nələrin baş verdiyi aydındır. Onlar yeni hərbiyyə qururlar və buna akademiyalar üzərində nəzarəti ələ almaqla başlayıblar\”.

Təqaüddə olan general Ərdoğan Karakuş isə deyib ki, baş örtüyünün orduya gətirilməsi siyasi məsələdir.

Bununla belə, Türkiyədə hakimiyyəti tənqid etmək təhlükəli bir iş olaraq qalır. Məsələn, \”Hürriyet\” qəzeti hicab məsələsindən ordunun \”narahat olduğunu\” yazdıqdan sonra onu prokurorluqla hədələyiblər.

Bunu qəzetin məqaləsini \”iyrənc\” adlandıran Ərdoğanın özü edib.

Prezident öz hədəsi ilə bir qədər də uzağa gedib.

\”Bizi bir-birimizə qarşı qoymaq istəyənlər ağır bədəl ödəyəcəklər\” – deyib Ərdoğan (bbc)

İnterpress.az