Ziyafət Əsgərov: “Mehriban Əliyevanın təyinatı…”backend

Ziyafət Əsgərov: “Mehriban Əliyevanın təyinatı…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin bu gün plenar iclasında deyib.

O bildirib ki, xanım Mehriban Əliyevanı xarakterizə edən onun insani keyfiyyətlərindən biri humanistliyi ilə bağlıdır: “Bu günə qədər Azərbaycanda Mehriban xanımın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquq ilə bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması, eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir\”.

Vitse-spiker xatırladıb ki, 2016-cı ilin sentyabrın 26-da referendum keçirilib, Azərbaycan konstitusiyasına əlavə və dəyişikliklər edilib: “Azərbaycanda vitse-prezidentlik institutu yaradıldı. Bu idarəetmə mexanizmini təkmilləşdirəcək”.

İnterpress.az