Kişilərin pensiya yaşı 2, qadınların pensiya yaşı 5 il artırbackend

Kişilərin pensiya yaşı 2, qadınların pensiya yaşı 5 il artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, layihəyə əsasən, həm kişilərin, həm qadınların pensiya yaşı 65-ə qaldırılır.

Hazırda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır.

Güzəştli şərtlərlə əmək pensiyası hüququnda da yeniliklər var: dövlət qulluqçuları, hərbi qulluqçular, prokurorlar və digər kateqoriyalar üzrə staj ili qaldırılır.

Qanuna minimal pensiya məbləği elementi daxil edilir. Pensiyanın hesablanması zamanı vətəndaşın almalı olduğu pensiyanın məbləği minimal pensiya məbləğini keçirsə, o zaman iş stajından asılı olmayaraq ona pensiya təyin ediləcək. Əks halda iş stajına baxılacaq. İşçinin 25 illik iş stajı varsa, ona minimal pensiya təyin olunacaq.

Hazırda minimal pensiya 110 manatdır.

İnterpress.az