İrəvanda Sarkisyan əleyhinə yürüş keçirilibbackend

İrəvanda Sarkisyan əleyhinə yürüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Nikol Paşinyanın başçılığı ilə keçirilən yürüşdə hakim Respublika partiyasının üzvlərinin seçki kampaniyası zamanı yol verdiyi saxtakarlıqlar, rüşvət və kriminal davranışları tənqid edilib.

Paşinyan bildirib ki, ölkədə ictimai-siyasi böhrandan çıxış yolu “Yelk” ittifaqıdır.

\”Aprelin 2-də 1 saylı seçki məntəqəsinə getməklə sizin bu çıxışdan istifadə etmək hüququnuz var. Bizim xeyrimizə səs verin və aprelin 3-də biz birlikdə qeyd edək ki, Ermənistanın böhrandan çıxış yolunu tapmışıq\”,-deyə Paşinyan söyləyib.

Xatırladaq ki, “Yelk” ittifaqının təkibinə İşıqlı Ermənistan, Respublika və Vətəndaş müqaviləsi partiyaları daxildir.

İnterpress.az