Milli Məclisin plenar iclası yarımçıq qaldıbackend

Milli Məclisin plenar iclası yarımçıq qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu gün plenar iclas öz işini ikinci hissədə də davam etdirməyə qərar versə də, ancaq naməlum səbəbdən təxirə salınıb.

Milli Məclisdən jurnalistlərə bildirilib ki, bu gün keçirilən plenar iclasda yarımçıq qalan məsələlərin müzakirəsi martın 10-da keçiriləcək növbəti iclasın gündəliyinə salınacaq.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə 13 məsələ daxil edilsə də, onlardan yalnız 5-i birinci hissədə müzakirə olunub. Yerdə qalan 8 məsələ isə yarımçıq qalıb.

İnterpress.az