Səudiyyə Ərəbistanı kralına hücum etdilərbackend

Səudiyyə Ərəbistanı kralına hücum etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kralın maşın karvanına minalanmış avtomobil ilə hücum etməyə hazırlaşan 7 nəfər terrorçu Malayziya polisi tərəfindən saxlanılıb.

Malayziya polis müdiri Xalid Əbu Bakar bu barədə açıqlama verib: \”7 nəfər saxlanılıb. Onlardan dörd nəfəri Yəmən vətəndaşıdır. Saxta səyahət sənədləri ilə Malayziyaya daxil olublar və narkotik maddə qaçaqmalçılığı ilə məşğul olublar. Bu 7 nəfərlik dəstə Ərəb kralına hücum etməyi planlaşdırırdılar. Son anda terrorun qarşısını aldıq. Onlardan dördü yəmənli, biri malayziyalı, biri indoneziyalı və digəri də Asiyalıdır. Şübhəlilərin İŞİD terror qruplaşmasının üzvü olmasından şübhələnilir\”.

İnterpress.az