İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bir ay əvvəl NASA-dan Aya getməyi istəmişdi. Bu xəbərdən sonra çinlilər də fəaliyyətə başlayıblar. Çin Aydan nümunə süxurla götürmək üçün nəzərdə tutulan kosmik gəminin qısa müddətə kosmosa göndəriləcəyini bildirib. Çin rəsmilərinin verdiyi məlumata əsasən, bu qərar Çinin ən mürəkkəb və çətin kosmik tapşırıqlarından biridir.
Çinin \”Ay tədqiqatları mərkəzi\”nin rəsmisi Hu Hao bildirib ki, kosmik gəmi Aydan nümunə topladıqdan sonra yüksək sürətlə yenidən atmosferə daxil olacaq.
ABŞ tərəfi isə bildirib ki, Birləşmiş Ştatlar kosmosla bağlı bir çox tədqiqat proqramı elan edib. Kosmosun dərinliklərinə səfər edənlər üçün Ay ilk dayanacaqdır.
Çinin dövlət rəhbəri Xi Jinping isə bildirib ki, ölkəsinin kosmos sahəsində ən güclü olması üçün lazım olan bütün addımlar atılacaq.
İnterpress.az