ABŞ kəşfiyyatının gizli sənədlərini “WikiLeaks”ə kim ötürüb?backend

ABŞ kəşfiyyatının gizli sənədlərini “WikiLeaks”ə kim ötürüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, hazırda onların kimliyi müəyyənləşdirilir.

Məlumata görə, MKİ əməkdaşlarının və hüquq-mühafizə orqanlarının gizli sənədlərinin sızmasına dair şübhələr hələ ötən ilin sonlarından mövcud olub.

Martın əvvəlində “WikiLeaks” 8,7 min sənədi dərc etdikdən sonra bu şübhələr təsdiqlənib. Sənədlərdə göstərilir ki, iPhone da daxil olmaqla müxtəlif qurğuları, eləcə də Android və Windows əməliyyat sistemlərini sındırmaq üçün MKİ-nin əlində qlobal proqram olub.

“WikiLeaks” iddia edir ki, MKİ arxiv üzərində nəzarəti itirib və artıq arxiv dövlətə işləyən hakerlər, eləcə də müqavilə ilə işləyən vətəndaşlar üçün əlçatan olub.

Mərkəzi Kəşfiyyat İdarəsi hələ ki dərc olunan sənədlərin doğruluğunu təsdiqləməyib.

Qeyd edək ki, xüsusi xidmət orqanları texnologiyadan daha yaxşı anlayışı olan insanları işə götürməyə məcbur olurlar. Müqavilə ilə işləyən əməkdaşlar birinci dəfə deyil ki, sızıntıların mənbəsinə çevrilirlər.

İnterpress.az