İnterpress.az xəbər verir ki, bir neçə gün öncə Moderator.az-a fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin ermənilərlə iş birliyində olduğunu sübut edən sənədlər daxil olduğu barədə oxuculara məlumat vermişdik.
Həmin sənədlərdə keçmiş rektorun 1987-ci il təvəllüdlü oğlu Abdullayev Elşən Elşad oğlu ilə 1961-ci ildə Bakıda doğulmuş erməni əslli Şaxramanova Susanna Şaqenovna arasında imzalanan bir neçə müqavilədən bəhs edilirdi. (moderator.az)
İnterpress.az