Britaniyanın Stokton şəhərində Doun sindromlu gənc cütlüyə yerli klublkardan olan JK klubunda öpüşmək qadağan olunub.Məssisənin məsul şəxslərinin bildirdiyinə görə onların klububda belə hərəkət və davranışlar yolverilməzdir. 30 yaşlı Nicky və 23 yaşındakı Samantanın valideynləri belə qadağalarla gənclərin duyğularını təhqir edildiyini söyləyərək özlərinin klub açmaq niyyətində olduqlarını bildiriblər.
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki: Samantanın anası söyləyib ki, onun qızı və Niki hələ lap uşaqlıqdan dost olublar.
\”Sami 18 yaşında olanda onlar daha da yaxınlaşmağa başladılar və tezliklə evləndilər. Bəli,siz gənc olduğunuz zaman çox yasaqlar ola bilər, lakin böyüklərə də eyni məhdudiyyətlər olmamalıdır \”, – deyə britaniyalı qadın bildirib.
Qadın bildirib ki, bir zaman onlar da 23-24 yaşında idi və onun dostları eyni indiki gənclər klubu gedirdilər.
\”Həmişə klubda öpüşən və bir-birinə sarılmış adamlar görə bilərdik. Bu dövrdə bizim uşaqlar üçün qucaqlaşıb öpüşməyin niyə qadağan olunduğunu mən başa düşmürəm. Yalız buna görə ki, onlar da başqaları kimi deyil? deyə qadın təəccübləndiyini bildirib.
Onun sözlərinə görə, Niki və Samanta JK Clubun daimi üzvləridir. Britanyalı qadın qeyd edib ki, qadağan olunan hadisədən sonra onlar dostları ilə bərabər hər kəsin xoşbəxt olacaq restoran açmaq üçün ciddi düşünüblər.
Bir müddət əvvəl Fransada Doun sindromlu bir qız sosial şəbəkələr vasitəsilə TV aparıcısı oldığu bildirilmişdi.
Yanvar 2017-ci ildə Rusiya KİV- ri Krasnoyarskda təkərli arabada olan əngəlli qadının bir gecə klubuna buraxılmadığı bildirilmişdi. Barın administrasiyası isə onun və yoldaşının sərxoş olduğunu iddia etmişdi.
İnterpres.az