Qeyd edək ki, Ümumrusiya Dövlət Teleradio Yayım Şirkətinin siyasi verilişlərin aparıcısı Vladimir Solovyovun İrəvana gəlişindən sonra Ermənistanın Rusiyadakı səfiri Oleq Esayanın istefası barədə məlumatlar yayılıb.
İnterpress.az-ın məlumatına görə, Vladimir Solovyov mətbuat konfransında səfiri fəaliyyətsizlikdə ittiham edib.
Rəsmi məlumatlara görə, Rusiyanın Ermənistandakı səfiri vəzifəsinə Vardan Toqanyan təyin olunub.
Qeyd edək ki, Vardan Toqanyan 2014-cü ildə almazların cilalanması ilə məşğul olan “Şoqakn” şirkətinin səhmdarı olub.
İnterpress.az