Bəlkə də çoxlarınızın bildiyi, eşitdiyi bu piritçanı səbəbsiz yerə xatırlatmadıq. Çünki zamanla xalqımıza, millətimizə təkcə düşmən hesab etdiyimiz xalqar yox, sapı özümüzdən olan baltalar da qənim kəsilib. Təəssüflər olsun ki, bu, indi də davam etməkdədir.
Maraqlıdır, tarix boyu sapı özümüzdən olan baltalar millətimizə və milli mənəvi dəyərlərimizə daha çox zərbə vurub, yoxsa sapının materialı, mənşəyi bilinməyənlər?
İnterpress.az xəbər verir ki, Moderator.az-ın bu sualına professor Qulu Məhərrəmli aydınlıq gətirib:
\”Sizə deyim ki, bunların hər ikisi milli maraq və milli düşüncə üçün eyni dərəcədə qorxuludurlar. Tarixi təcrübə göstərir ki, millətə dönük çıxanları, əsli-nəcabəti bilinməyənləri bir etnosa qarşı, onun mədəniyyətinə, tarixinə və dəyərlərinə qarşı yalnız nifrət hissi birləşdirir. Sənə qucaq açan, qoynunda səni bəsləyən bir millətə həqarətlə yanaşmağın adı təkcə nankorluq deyil, həm də xəyanətdir\”.
İnterpress.az