“Alim olmaq asandı, adam olmaq çətindi”!backend

“Alim olmaq asandı, adam olmaq çətindi”!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ya genetik tərkibi (quruluşu) ilə oynanılmış, ya klonlanmış, ya da beyni yuyulmuş Çingiz Qacar adlı insanın sayıqlamaları bütün düşünən, yurduna, ulusuna bağlı soydaşlarımızı bərk narahat edib. Bu narahatlıqların bir səbəbi də bu genetik tərkibi dəyişdirilmiş, klonlanmış və ya beyni yuyulmuş insanın Azərbaycan Elmlər Akademiyasının akademiki olaraq bu sayıqlamaları etməsidir. Məhz bu səbəbdən yaranan narahatlıq mənə qəribə gəlir. Çünki sovet dönəmində Azərbaycanda adətən ya tamam geni ilə oynanılmış, ya beyni yuyulmuş, ya da elə doğuşdan türk düşməni olaraq dünyaya gələnlər belə işlər üçün seçilirdi. Sevgili soydaşlarım əliheydər qarayevləri, həmid sultanovları, iqrar əliyevləri, əlisöhbət sumbatzadələri və b. nə tez unutdu. Dünən əliheydər qarayevlər, həmid sultanovlar, iqrar əliyevlər, əlisöhbət sumbatzadələr idi, bu gün də çingiz qacarlar, arif rəhimzadələr, araz və zərdüşüşt əlizadə qardaşlarıdı. Elm inkişaf etdikcə, cəmiyyətə yeni təsir formaları tapıldıqca ulusumuza və dövlətçiliyimizə düşmən olanlar sabah da yeni vasitələr və alətlər hazırlayıb qarşımıza çıxaracaq. Təbii ki, yurduna, ulusuna bağlı bütün soydaşlarımız bundan narahat olacaq və buna qarşı savaşacaq. Amma mən üzümü bütün soydaşlarıma tutub demək istəyirəm ki, bizim çox gözəl məsəllərimiz və atalar sözlərimiz var. Onlardan birində deyilir ki, \”alim olmaq asandı, adam olmaq çətindi\”!

Bünyamin Qəmbərli

İnterpress.az