Putin Rusiya ilə Türkiyə arasındakı münasibətlərin sürətlə bərpa olunduğunu bildirib. Onun sözlərinə görə, rəsmi Moskva buna şaddır:
“Biz çox şadıq ki, bizim dövlətlərarası əlaqələrimiz kifayət qədər sürətli templərlə bərpa olunur”.
Rusiya və Türkiyənin yüksək səviyyədə əməkdaşlıq şurasının son iclasından artıq 3 ilə yaxın vaxt keçdiyini xatırladan Putin bu müddət ərzində bir çox dəyişikliklər olduğunu dilə gəitirib:
“Bu vaxt ərzində bir çox hadisələr baş verib. Son zamanlar Rusiya-Türkiyə münasibətlərinin ölkələrimizə layiq səviyyəyə çıxması üçün fəal şəkildə çalışmışıq”.
Türkiyə prezidenti isə öz növbəsində iki ölkənin iqtisadi əməkdaşlığı sahəsində əsas elementləri qeyd edib:
“Hesab edirəm ki, bu gün üçün iki iqtisadiyyatın əməkdaşlığının əsas elementi müdafiə-sənaye kompleksini və energetikadır”.
Erdoğan ile Putin'in Tarihi Zirvesi Başladı by haberler
İnterpress.az