Həcc ziyarətinin vaxtı açıqlandıbackend

Həcc ziyarətinin vaxtı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev “Report”a bildirib ki, sənədlərin qəbulu may ayının ortalarına kimi davam edəcək.

O deyib ki, ziyarətə getmək qərarını dəqiqləşdirən insanlara sənədlərini vaxtında təqdim etmələri tövsiyə olunur: \”Bu il Həcc ziyarəti üçün ayrılan yerlər məhduddur. Ziyarətə getmək istəyənlər zamanında sənədlərini təqdim etməlidirlər\”.

H.Babayev onu da bildirib ki, təlabatın artacağı təqdirdə kvotanın artırılması nəzərdə tutulmayıb. O qeyd edib ki, bu il Həcc ziyarətinə ilk qrup avqustun 21-23 aralığında yola düşəcək.

Qeyd edək ki, bu il Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da elan olunub.

Həcc ziyarəti üçün 600 nəfərlik kvota ayrılıb.

Ziyarət üçün vahid qiymət – 3850 dollar müəyyənləşdirilib.

İnterpress.az