İsmayıllıda taksi sürücüsü həmkarını baltaladıbackend

İsmayıllıda taksi sürücüsü həmkarını baltaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı şəhərindəki mərkəzi bazarın qarşısında 10-UK-483 dövlət nömrə nişanlı \”VAZ 2106” markalı minik avtomobilinin sürücüsü, rayonda taksi fəaliyyəti ilə məşğul olan 1964-cü il təvəllüdlü Nəsirov Xəyalət Allahverdi oğlu və həmkarı, \”VAZ 21099” markalı minik avtomobilinin sürücüsü, 1964-cü il təvəllüdlü Nəcəfov Ramil Əliabbas oğlu arasında müştəriyə görə mübahisə yaranıb. Onlar bir-birlərini təhqir edib. Bu zaman R. Nəcəfov avtomobilindən baltanı götürərək X. Nəsirovun başına zərbə endirib. X. Nəsirov ağır kəllə beyin travması və kəsilmiş-deşilmiş yara ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az