İspartada araşdırmaçı yazar Aqil Ələsgərin  imza günü keçirildibackend

İspartada araşdırmaçı yazar Aqil Ələsgərin imza günü keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu fuara araşdırmaçı yazar, “Terrorun Gülən üzü” və “Sessiz İşgal: Azerbaycan`dakı FETÖ Örgütlenmesi” kitablarının yazarı, Yeniçağ.Az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər qatılıb.

Türkiyənin məşhur yayın evi olan “Kirmızı Kedi” tərəfindən yayımlanan “Sessiz İşgal: Azerbaycan`dakı FETÖ Örgütlenmesi” kitabı ilə ötən ilin sonlarında qardaş ölkədə ciddi rezonans doğuran yazar bu gün ispartalı oxucuları ilə görüşüb.

İspartada araşdırmaçı yazar Aqil Ələsgərin  imza günü keçirildi

Aqil Ələsgərin imza törəninə İsparta bələdiyyə başqanı Yusif Ziya Günaydın, bələdiyyə üzvləri, Süleyman Dəmirəl Universitetinin rəhbərliyi, müəllim və tələbələri, xüsusilə İspartada təhsil alan azərbaycanlılar qatılaraq, yazara dəstəklərini ifadə ediblər.

İspartada araşdırmaçı yazar Aqil Ələsgərin  imza günü keçirildi

Qeyd edək ki, ispartalı oxucularının istəyi ilə imza günü keçirən Aqil Ələsgərə şəhərin ən böyük sosial şəbəkələrindən olan Facebookdakı “İspartam” səhifəsi də dəstək verib.

İspartada araşdırmaçı yazar Aqil Ələsgərin  imza günü keçirildi

İnterpress.az