Diplomata etiraz bəyanatı təqdim edilib. Bundan sonra, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Niderland hömumətinin ünvanına sərt bəyanatlar verib.
\”Bu, cavabsız qalmayacaq. Biz necə lazımdır buna reaksiya verəcəyik. Mənim Roterdama gedə bilməməyim ən çox Gert Vildersi sevindirdi, amma qərarı baş nazir qəbul etdi. Onda onların arasında nə fərq var? Heç bir fərq yoxdur, elə həmin fikirlər və faşizm\”, – deyə Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlunun ardından bu məsələ Türkiyə prezidenti Ərdoğanın da sərt reaksiyasına səbəb olub.
\”Bunlar nasist qalıqları, bunlar faşistdir\” reaksiyasını göstərən Ərdoğan \”Bundan sonra sənin təyyarələrin görək Türkiyəyə necə gələcək\”-deyib.
Türkiyədə böyük etirazlara səbəb olan hadisə sonrası Hollandiyanın baş naziri Mark Rütte məsələyə münasibətini bildirib. Ölkə rəhbəri məsələnin gərginləşməsinin tərəfdarı olmadığını deyib.
“Türkləri anlayıram. Amma düşünürəm ki. Məsələni bu qədər qəlizləşdirmək olmaz”, – deyə Mark Rütte bildirib.
Qeyd edək ki, bu gün Niderland Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi planlaşdırırdı.
İnterpress.az