İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb. Onun sözlərinə hörə, Niderlandda həbs edilən türklər dərhal azad edilməlidir.
“Biz vətəndaşlarımızı Niderlanda əsir düşsünlər deyə göndərməmişik. Bu vəhşilikdir və ədalətsizlikdir\”, – deyə M.Çavuşoğlu yazıb.
Qeyd edək ki, martın 11-də Niderland Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata etiraz bəyanatı təqdim edilib. Bundan sonra, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Niderland hömumətinin ünvanına sərt bəyanatlar verib.
\”Bu, cavabsız qalmayacaq. Biz necə lazımdır buna reaksiya verəcəyik. Mənim Roterdama gedə bilməməyim ən çox Gert Vildersi sevindirdi, amma qərarı baş nazir qəbul etdi. Onda onların arasında nə fərq var? Heç bir fərq yoxdur, elə həmin fikirlər və faşizm\”, – deyə Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlunun ardından bu məsələ Türkiyə prezidenti Ərdoğanın da sərt reaksiyasına səbəb olub. \”Bunlar nasist qalıqları, bunlar faşistdir\” reaksiyasını göstərən Ərdoğan \”Bundan sonra sənin təyyarələrin görək Türkiyəyə necə gələcək\”-deyib.
Bundan sonra Niderland polis Türkiyə vətəndaşlarına qarşı təziyqləri artırıb. Onların həbsinə başlanılıb. Bundan başqa, Niderland polisi Roterdamda Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobilini saxlayıb.
İnterpress.az