İnterpress.az xəbər verir kii, Xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı Moderator.az-a açıqlamasında ermənilərin XX əsrin əvvəllərindən etibarən Azərbaycan xalqının başına gətirdiyi müsibətlərin bədiiləşdirilməsinin zərurili ilə bağlı maraqlı fikirlər səsləndirib. S.Rüstəımxanlının sözlərinə görə, xalqımıza qarşı yol verilən tarixi cinayətlərin ekranlaşdırılmasına, bu hadisələrlə bağlı sənədli-bədii əsərlərin yazılmasına ciddi ehtiyac var:
“Təbii ki, xalqımızın başına gətirilən faciələrlə bağlı bədii əsərlər yazılmalıdır. Lakin çox təəssüf ki, bununla bağlı çox az kitablar var. 1905-1906-cı il olayları ilə bağlı yalnız Məmməd Səid Ordubadinin “Qanlı sənələr” kitabı var. Əyyub Abbasovun “Zəngəzur” kitabı var. Orada XX əsrin əvvəllərində xalqımıza qarşı baş vermiş cinayətlər öz əksini tapıb. Lakin o dövrdə başqa kitablar yazılmayıb. Sovetlərin gəlişi ilə bu məsələ qapanıb. Ermənilərin isə həm burda qalanları, həm də xaricdə yaşayanlar bu barədə davamlı olaraq yazıblar. Bizim yazıçıların isə bu barədə yazmasına həm senzura qoyulub, həm də ölkə rəhbərliyi bu mövzunun diqqətdən kənarda qalmasına çalışıb. Düşünüblər ki, bu, millətlərarası münaqişəni gücləndirər və s.
Şübhəsiz, o dövrdə baş verən hadisələrlə bağlı filmlər çəkilməli, sənədli əsərlər yazılmalıdır. Bunların edilməsi olduqca vacibdir”.
İnterpress.az