İnterpress.az xəbər verir ki, Kəlbəcər sakini olan Mübariz Məmmədovun meyiti gecə saatlarında aşkar edilib.
Yaxınları onun ölüm xəbərindən telefon vasitəsi ilə xəbər tutublar. Bildirilib ki, M.Məmmədovun meyiti Goranboy rayon Xəstəxanasının Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin meyitxanasına yerləşdirilib.
Qətli mərhumun yaxın qohumu olan 46 yaşlı Kəlbəcər sakini Natiq Qafarov törədib. Bir yerdə fəhləlik edən qohumlar arasında yeyib-içdikdən sonra mübahisə düşüb və hadisə ondan sonra baş verib. (report)
İnterpress.az