BMT: 2016-cı ildə Suriyada rekord sayda uşaq həlak olubbackend

BMT: 2016-cı ildə Suriyada rekord sayda uşaq həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Gazeta.Ru\”ya istinadən\”xəbər verir ki, ötən il bu ölkədə 650 azyaşlının öldürüldüyü açıqlanıb.
Bundan əlavə, Suriyada müxtəlif xəstəliklər səbəbindən daha bir neçə yüz uşaq dünyasını dəyişib. Məlumatda qeyd olunur ki, azyaşlılar zəruri dərmanlarla və tibbi yardımla təchiz olunsaydı, onlar yaşaya bilərdi.

UNİSEF-dən əlavə ediblər ki, 2016-cı ildə azı 851 uşaq silahlı qruplaşmaların tərəfində hərbi əməliyyatlarda iştirak etməyə məcbur olub. Bu rəqəm 2015-ci illə müqayisədə 2 dəfə çoxdur
Keçən ilin noyabrında bildirilirdi ki, Suriyada mühasirə şəraitində yaşayan uşaqların sayı bir il ərzində ikiqat artıb və 500 minə çatıb.

İnterpress.az