Türkiyə və Hollandiya münasibətlərində növbəti addım – Sanksiyalarbackend

Türkiyə və Hollandiya münasibətlərində növbəti addım – Sanksiyalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə diplomatik addımlardan ilkini dünən atıb. Belə ki, Hollandiyanın Ankaradakı səfirinə “bir müddət Türkiyəyə gəlməməsi” çağırışı edilib, səfirlik və baş konsulluq giriş-çıxışları da tamamilə bağlanılıb. Diplomatik olaraq qəbul edilən bu qərarın uzun müddət davam edəcəyi öyrənilib. Türkiyənin Hollandiyadakı seçkilərdən sonra normallaşmanın sürətlənməsini gözlədiyi ifadə olunub.

Türkiyənin xüsusilə Hollandiya ilə ciddi bir kəşfiyyat əməkdaşlığı mövcuddur. Bu sahədə Türkiyənin məhdudiyyətlər tətbiq edəcəyi gözlənilir. Bundan əlavə, Adanada Hollandiyanın “Patriot” hava müdafiə sistemi yerləşir. Buraya hətta Hollandiya baş naziri Mark Rutte də baş çəkib. Hazırda hərbçilərin sistemin yerləşdiyi bazaya tez-tez səfərləri baş tutur. Bu səfərlərin bir müddət təxirə salınacağı bildirilir. Mənbə qeyd edir ki, Türkiyə hava sahəsinin bütün hərbi və VİP təyyarələr üçün bağlanması da gözlənilən sanksiyalardandır.

Türkiyə ilə Hollandiya arasında sıx ticarət əlaqələri də mövcuddur. Türkiyədə bu ölkəyə aid 2 564 ədət şirkət fəaliyyət göstərir.

İqtisadiyyat naziri Nihat Zeybekci Hollandiyaya qarşı iqtisadi sanksiyaların tətbiq edilməyəcəyini bildirib:

“Hazırda bu nöqtədə deyilik, belə bir məsələ müzakirə olunmur”.

İnterpress.az