“Qismətimdə oğlumun ölümünü görmək də varmış” – Xalq Şairibackend

“Qismətimdə oğlumun ölümünü görmək də varmış” – Xalq Şairi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında Xalq şairi Fikrət Qoca oğlu Yalçın Qocayevin vaxtsız ölümündən danışarkən deyib. Övlad itkisinin ağır dərd olduğunu deyən şair bu faciəyə hələ də inanmaq istəmədiyini bildirib:

“Heç vaxt inanmazdım ki, oğlumun ölümünü görərəm. Sən demə, qismətimdə bu ağır faciəni görmək də varmış.\”

Fikrət Qoca Yalçın Qocayevin yaşadığı evin pilləkənindən düşərkən yıxıldığını qeyd edib:

“Onun səhhətində heç bir problem olmayıb. Apreldə 54 yaşı olacaydı. Nəsib olmadı, həyatı yarımçıq qaldı.”

İnterpress.az