Hollandiyadan Ərdoğana cavab: “Türkiyədən üzr istəməyəcəyik”backend

Hollandiyadan Ərdoğana cavab: “Türkiyədən üzr istəməyəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyanın baş naziri “Mən gərginliyin aradan qaldırılmasına yardım etmək niyyətindəyəm, lakin üzr istəməyəcəyəm” -deyə Türkiyə rəhbərliyinə cavab verib.

O, xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanı nasiszm və faşizmin qalığı adlandırıb.

Hollandiyanın xarici işlər naziri Bert Kunders də baş nazirin mövqeyini dəstəkləyib: “Üzr istəməyimiz tamamilə istisna edilir”.

Qeyd edək ki, Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları konstitusiyaya dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.Lakin Hollandiya hökuməti Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiyanın bu addımından sonra iki ölkə arasında diplomatik qalmaqal yaşanır.

İnterpress.az