Yaponiya Kim Çen Namın əl izlərini Malayziyaya göndəribbackend

Yaponiya Kim Çen Namın əl izlərini Malayziyaya göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Npvpsti\”yə istinadən xəbər verir ki, Yaponiya hüquq-mühafizə orqanları Kim Çen Namın əl izlərini 2001-ci ildə götürüb. O zaman saxta sənədlərlə Yaponiya ərazisinə daxil olmağa cəhd edən Kim Çen Nam ölkədən deportasiya olunub.

Üzərinə zəhərli dəsmal atılan Kim Çen Nam fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda xəstəxanaya aparılarkən vəfat edib. Qətldə istifadə edilən zəhərli maddənin əsəb sistemini iflic edən “VX Nerve Agent” adlı maddə olduğu müəyyən edilib.

Rəsmi Pxenyan hava limanında üzərində Kim Çxolun adına şəxsiyyət vəsiqəsi olan KXDR vətəndaşının ürək tutmasından öldüyünü iddia edir.

İnterpress.az