Sülh Platformasından amerikalı həmsədrlə bağlı bəyanatbackend

Sülh Platformasından amerikalı həmsədrlə bağlı bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a məlumat Sülh Platformasının mətbuat xidmətindən verilib.

Bəyanatda qeyd edilir ki, Ermənistan-Azərbaycan Sülh Platforması münaqişə tərəfləri olan ölkələrin dövlət rəhbərlərinin açıqlamasında əksini tapan müharibə ritorikasının Cənubi Qafqaz regionunda yenidən sabitliyin və təhlükəsizliyin pozulmasına əsaslı zəmin yarada biləcəyindən narahatdır.

Platforma tərəfləri münaqişənin yeganə həll yolu olan sülh danışıqlarının substantiv əsasda təcili bərpasına çağırır: \”Təqdirəlayiq haldır ki, bəyanatdan bir gün sonra, martın 11-də, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland keçirdiyi mətbuat konfransında danışıqların başlanmasının vacibliyini bildirdi. Sülh Platforması ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın bu bəyanatını tam dəstəkləyir, Ermənistan və Azərbaycan rəhbərlərinin münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli istiqamətində təxirəsalınmadan danışıqlara başlamağa çağırır\”.

İnterpress.az