Çovdarovun işi admiral Şahin Sultanova görə təxirə salındıbackend

Çovdarovun işi admiral Şahin Sultanova görə təxirə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb hakim başqa bir işdə müşavirədə olmasıdır.

Belə ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi hakimlət kollegiyası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin cinayət işi üzrə müşavirəyə çıxıb.

Hakimlər martın 10-dan müşavirədə olduqlarını elan ediblər və hökmün elanını qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bildirək ki, qanunvericiliyə görə, hakimlər müşavirədə olduqları zaman başqa işə baxa bilməzlər. Elə bu səbəbdən də Akif Çovdarov və digərlərinin məhkəməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb. Şahin Soltanov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdıqdan sonra MTN zabitlərinin məhkəmə prosesi davam edəcək.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

İnterpress.az