Peskov: “Rusya şeytan kimi göstərilir”backend

Peskov: “Rusya şeytan kimi göstərilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, o, Donald Trampın komandasının adamları kimi Hillari Klintonun da komanda üzvləri seçkilər zamanı Rusya səfiri ilə görüşdüyünü və bunun təbii bir şey olduğunu deyib.

Dmitri Peskov deyib ki, Amerika Rusyanı seçkilərə müdaxilə etməsini iddia etməklə özünü \”aşağılayır\”. \”Rusya şeytan kimi göstərilməkdədir. Amerika kimi güclü dövlətin seçkilərinə Rusyanın müdaxilə etdiyini iddia etməsi özünü alçaltmaqdan başqa bir şey deyil. Amerika güclü siyasi ənənələri və qaydaları olan dövlətdir, bu necə mümkün ola bilər\”- deyərək Peskov iddiaları qəbul etmədiyini deyib.

O, Rusyanın ABŞ-dakı səfiri Serqey Kişlyakın hərəkətlərini müdafiə edib. \”Bu bir işdir\” – Peskov CNN-ə bildirib. \”Kislyak Flinlə görüşdə ikitərəfli münasibətlər haqqında danışıb. Bizim Amerikada nələr baş verdiyini daha yaxşı anlamamız üçün danışıqlar aparıb. Bu, onun işidir və bu, bütün dünyada necədirsə, burada da elədir\” – deyərək Peskov səfiri müdafiə edib.

O, həmçinin qeyd edib ki, Hillari Klintonun da adamları səfirlə görüşüb, lakin bu barədə detalları açıqlamayıb. \”Əgər siz Klintonun adamlarının kimlərlə əlaqə saxladığına baxsanız, görərsiniz ki, bu tipdə onların da bir sıra görüşləri olub.\” – o əlavə edib.

Hələ ki, Hillari Klinton tərəfdən məsələ ilə bağlı açıqlama verilməyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Flin Rusyanın ABŞ-dakı səfiri Sergey Kislyakla telefon danışığı ortaya çıxdıqdan sonra istefa vermişdi. ABŞ qanunlarına görə, səlahiyyəti olmayan şəxslərin dövlətin adından diplomatik danışıqlar aparması qadağandır.

Nümayəndələr Palatasının kəşfiyyat komissiyası mart ayının 20-də Federal Tədqiqatlar Bürosu, milli təhlükəsizlik idarəsi və mərkəzi kəşfiyyat idarəsinin rəhbərləri və keçmiş kəşfiyyat rəhbərləri ilə birlikdə Rusya məsələsini müzakirə edəcəklər. (musavat)

İnterpress.az