AZAL Bakı-Tbilisi-Bakı aviareyslərinin sayını 10-a çatdırırbackend

AZAL Bakı-Tbilisi-Bakı aviareyslərinin sayını 10-a çatdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”APA-Economics\” xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyinin yaydığı məlumatda bildirilir.

Martın 28-dən etibarən bu marşrut üzrə həftə ərzində yerinə yetirilən aviareyslərin sayı 8-ə çatdırılacaq. Mayın 2-dən isə reyslərin sayı 10-dək artırılacaq.

Qurum bildirir ki, artıq AZAL müvafiq razılığı əldə edib.

Aviareyslər \”Airbus A319\” markalı təyyarə ilə yerinə yetiriləcək.

Hazırda AZAL qeyd edilən marşrut üzrə həftədə 7 dəfə uçur.

İnterpress.az