Fikrət Qoca oğlunun ölümündən danışdı – “Dünya başıma fırlandı…”backend

Fikrət Qoca oğlunun ölümündən danışdı – “Dünya başıma fırlandı…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Yeniçağ.az-a açıqlama verən şair göz yaşlarına hakim ola bilməyib:

\”Yalçının məni yarıyolda qoyub gedəcəyini ağlıma da gətirməzdim. Deyəndə ki, Yalçın yolda yıxılıb, xəstəxanaya aparırlar, dünya başıma fırlandı. Oğul itkisi belimi bükdü”.

Şair oğlu ilə son görüşünü də xatırlayıb:

\”Elə bil ürəyinə damıbmış. Ölümündən əvvəl mənə zəng eləmişdi, hal-əhval tutduq, ordan-burdan danışdıq. Həmişə deyirdi ki, ata, dərmanlarını vaxtlı-vaxtında qəbul et, çox narahat idi mənə görə. Bu dəhşətli itkinin ağırlığını özümlə o dünyaya aparacağam. Yalçını hamı çox istəyirdi… Yaram təzədir, onun haqqında danışmaq mənə çox ağırdır…”

Qeyd edək ki, Fikrət Qocanın iki qızı, bir oğlu vardı. Şair-tərcüməçi Yalçın Qoca dünən 52 yaşında dünyasını dəyişib.

İnterpress.az