“Bizə yumurta, ermənilərəsə silah…” – Milyonluq borc qalmaqalıbackend

“Bizə yumurta, ermənilərəsə silah…” – Milyonluq borc qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 10-da türkiyəli iş adamı, ermənilərlə şərik çalışdığı iddia olunan Ömür Oralla hüquqşünas Aslan İsmayılovun keçirdiyi mətbuat konfransında səsələnən fikirlər birmənalı qarşılanmayıb.

İnterpress.az BakiPost.az-a istinadən xəbər verir ki, Ömür Oralın \”Ermənistanda doğulanmı ermənidir, yoxsa Türkiyədə doğulan ermənimi ermənidir”- ifadəsi ciddi gərginlik yaradıb. Elə buna görə qeyd olunan mətbuat konfransında haqqında ittihamlar səsələndirilən \”Xəmsə” MMC-nin direktoru Mürvət Həsənli bu gün brifinq keçirərək, bəzi məsələlərə aydınlıq gətirib. O bildirib ki, ona yönəlik ittihamlar şər-böhtandır.

\”Aslan İsmayılov və Ömür Oral ermənilərlə iş birliklərin gizlədir. Amma biz məhkəməyə bununla bağlı dəqiq faktlara əsaslanan sənədlər təqdim etmişik. Əgər onlarda dediklərimi təkzib edən nəsə varsa niyə məhkəməyə müraciət etmirlər?”- deyə M. Həsənli bildirib.

Əlavə edib ki, iş adamı və onun vəkili 10 mart tarixində keçirdiyi mətbuat konfransında Qərbi Azərbaycanlıları erməni adlandırmasına qanun qarşısında cavab verəcəklər.

\”Bizi erməni adlandıran axmaqlar başa düşsün ki, biz şərəfimizlə, namusumuzla azəri türklüyümüzü qorumuşuq. Dəfələrlə erməni təzyiqinə məruz qalaraq öz dədə-baba yurdumuzdan didərgin düşmüşük. Amma bu gün ermənilərlə əməkdaşlıq edən biri gəlib bizi \”erməni” adlandırır. Bu adam bu sözünə görə qanun qarşısında cavab verəcək”- deyə M. Həsənli əlavə edib.

O əlavə edib ki, istər iş adamı, istərsə də onun hüquqlarını müdafiə edən şəxsin danışıqları bir daha göstərir ki, onlar nə Azərbaycan qanunlarına, nə də azərbaycanlılara hörmət qoymurlar, öz maraqlarına görə bütün mənəvi dəyərləri tapdalamağa hazır görünürlər: \”İsmayılov deyir ki, guya, mən borcu qaytarmamaq üçün erməni məsələsini ortaya atmışam. Bunu deməklə işin əlifbasından yalan danışdığını ortaya qoyur. \”Emre Piliç” şirkətinin bir hissəsinin ermənilərə məxsus olduğunu mən deməmişəm. Bu faktı Azərbaycan mətbuatı, daha dəqiqi desəm, Eynulla Fətullayev üzə çıxarıb. Yəni bu faktı mən üzə çıxarmamışam ki, bununla hansısa məqsədimi həyata keçirim. Bilirsiz, mən bu şirkətlə bu günə kimi işləyə bilər və bundan xeyli qazanc əldə edərdim. Onların iddia etdiyi məbləğ bizim dövriyyəmizlə nisbətə balaca puldu. Yəni mən məsələyə sırf qazanc, pul mənimsəmək nöqteyi-nəzərdən yanaşan adam olsaydım, daha bu boyda həngaməni niyə qoparırdım ki? Elə onlarla ticarətimi yapar, ortalıqda iddia olunan məbləğlərdən xeyli çox pul qazanardım. Və nə məhkəmələrə düşərdim, nə də mətbuat səhifələrinə. Nə də özünü pələng, aslan kimi təqdim edənlərin tülkülüyünü görərdim. Yəni məni tanıyan, ağılı, məntiqi olan adam məni pul mənimsəmək üçün belə bir addım atmaqda ittiham edə bilməz. Bunu yalnız səfeh və ya məni şərləyərək öz murdar əməllərini həyata keçirmək istəyənlər söyləyə bilər”.

M.Həsənli bildirib ki, belə bir narazılığın yaranması \”Emre Piliç” şirkətində payçılar arasında erməniləri bildiyindən sonra onlarla əməkdaşlığa son verdiyinə görə yaranıb: \”İşlədiyim, pul qazandırdığım adamın erməni olmasını biləndən sonra, açığı deyim, təşvişə düşdüm. Bu təşvişin bir neçə istiqaməti var idi. Əvvəla mənim neçə illər çörək kəsdiyim, kirvəm məndən belə bir şey gizlətmişdi, bu çox ağır məsələdi. İkinci mənim kimi adama bu ittihamı vura bilərdilər ki, ermənilərlə işləyirəm. Bu mənim ictimai nüfuzuma, iş adamı reputasiyama silinməz bir ləkə ola bilərdi. Sən demə, mən neçə illər odla oynayırmışam. Bundan əlavə, təkcə millət olaraq yox, həm də fərd olaraq erməni vəhşiliyindən faciələr yaşayan, şəhid verən adam üçün erməni ilə hər hansı bir nöqtədə birləşmək, hələ az qala şəriklik etmək bilirsinizmi nədi? Bu dəhşətli bir hisdi… Buna görə də, mən həmin şirkətlə bağlı məlumatları oxuyan günün səhəri gedib bütün əlaqələri dayandırmağı bəyan etmişəm. Açığı bu qərarı verəndə nə borc hayındaydım, nə də bu qərarla nələri itirəcəyimi düşünürdüm… Bu gün cəbhədə vəziyyəti bilirsiz. Elə bu yaxınlarda neçə şəhid verdik, neçə evə od düşdü. Bəlkə o qəhrəmanlarımıza dəyən güllələr bizim cibimizdən çıxıb hansısa yolla, erməni iş adamların vasitəsiylə ötürülən pullarla alınıb? Hamımız bilirik ki, erməni iş adamları pullarını bu sahəyə xərcləməyə meyillidirlər, bunu bir missiya kimi həyata keçirirlər. Bu gün Qərbi Azərbaycanlıları \”erməni” adlandıran, Ermənilərlə şərik işləməyi Bakıdan rahat çəkinmədin, heç nə olmamış kimi bəyan edən adamın düşmənlərimizə sayğısını sübut etmək üçün görəsən əlavə nə lazımdır? Bu adam bizə yumurta, ermənilərə də silah verə biləcək adamlardı. Ona görə də, Aslan İsmayılov hansı böhtanları yağdırmasından asılı olmayaraq, erməniylə hər hansı bir əlaqəsi olan şirkətlə, fərdlərlə mübarizə aparmaq, onların ölkəmizdən qazanc əldə etməsinə qarşı çıxmaq həm də bir vətəndaşlıq borcumuzdur. Həm də bir kişilik missiyamız, şəhidlərimizə ehtiram, torpaqlarımıza bağlılıq əlamətidir. Məni bu yolda kim ittiham edirsə, mənimçün o adamın ermənidən fərqi yoxdur”.

İnterpress.az