Ombudsman qadın məhkumlarla görüşübbackend

Ombudsman qadın məhkumlarla görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ombudsman Aparatının mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, E. Süleymanova tərəfindən həmin müəssisədə çoxsaylı məhkum qadın fərdi qaydada dinlənilib, ərizə və müraciətlərinə baxılıb və bəziləri yerində təmin edilib.

Qəbul zamanı sosial və ailə məsələlərinin həlli ilə bağlı müraciətlər üzrə qadınlara hüquqi məsləhətlər verilib və Müvəkkil səlahiyyətləri çərçivəsində ərizələr üzrə, qaldırılan məsələlərin həlli istiqamətində yardımçı olacağını bildirib.

Söhbət aparılan məhkum qadınlar müəssisədə saxlanma şəraitindən, onlara qarşı rəftardan, verilən qidanın keyfiyyətindən və göstərilən tibbi xidmətdən narazılıq etməyiblər.

Yekunda Müvəkkil məhkumların hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə müvafiq söhbətlər aparıb və tövsiyələrini verib.

İnterpress.az