Eksperlər isə düşünürlər ki, Hollandiya heç bir halda üzr istəməyəcək. Politoloq İlqar Altay Ölkə.Az-a açıqlamasında bildirib ki, Hollandiya bəhanələr gətirərək, Türkiyənin tələbinə əhəmiyyət verməyəcək.
“Burada söhbət bir dövlətin başqa bir dövlətdən üzr istəməyindən gedir. Əgər bir dövlət digər dövlətdən üzr istəyirsə, bu tarixə yazılır. Üzr istəyən dövlətin digər dövlətlə münasibətində təqsirkarlıq amili dayanır. Üzr istəmək hansısa dövlətin təyyarəsini səhvən vuranda, vurulan təyyarənin içərisində çoxlu insanlar öləndə və s. kimi böyük məsələlərdə üzr istənilir. Bu məsələ də kiçik problem deyil. Beynəlxalq səviyyədə qalmaqal yaranıb. Lakin inanmıram ki, Hollandiya üzr istəyər”, – deyə siyasətçi bildirib.
İ.Altay deyir ki, Türkiyə haqlı olsa da, Hollandiya da müəyyən baxımdan öz dövlətinin təhlükəsizliyi məsələsini əsas gətirərək, özünə bəraət qazandıracaq:
“Beynəlxalq hüquq baxımından Türkiyənin imkanı var ki, orada öz təmsilçiləri qarşısında müəyyən təbliğat aparsın. Amma hesab edirəm ki, Hollandiya da xeyli dərəcədə əsaslar tapa bilər ki, başqa bir dövlətin nümayəndəsi kimi siyasi fəaliyyət göstərmək hardasa demokratiyaya ziddir.Bu əsasla da Hollandiya üzr istəməyəcək”.
İnterpress.az