İnterpress.az xəbər verir ki, şair Sabir Sarvan qəfildən vəfat edib. O, 40 illik ədəbi fəaliyyətində, bir-birindən rəngarəng poetik nümunələr ərsəyə gətirib, cəmiyyətdə çox məşhur olmasa da, yaradıcı şəxslər arasında sayılıb-seçilən şair olub. S.Sarvan Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt filialında çalışıb, bu filialın qurulmasında fəal iştirak edib.
Bu ilin yanvar ayında AYB-də şairin 60 yaşı qeyd olunub.
Allah rəhmət eləsin!
İnterpress.az