İnterpress.az xəbər verir ki, bu barıdı Avropa İttifaqı şurasının yaydığı bəyanatda bildirilib.
\”Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən fəaliyyətləri səbəbindən ukraynalı separatçılar və Rusiya rəsmilərinə tətbiq edilən əlavə sanksiyalarla viza məhdudiyyətinin müddəti 2017-ci il sentyabrın 15-nə qədər uzadılıb.\” – deyə şuranın bəyanatında bildirilir.
Vəziyyətin dəyərləndirildiyi bəyanatda şura rəsmiləri, tətbiq edilən sanksiyaların dəyişdirilməsi üçün heç bir səbəb olmadığını, həmçinin sanksiya siyahısında bank hesabları dondurulmuş, və viza məhdudiyyəti qoyulmuş 37 şirkətlə 150 şəxs olduğunu bildiriblər.
İnterpress.az