İnterpress.az qurumun saytına istinadən xəbər verir ki, bu gün və sabah gecə saat 00:00-dan səhər saat 5:00-a kimi Bakı-Şamaxı avtomobil yolunun 12,8 km-də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Məhdudlaşmaya səbəb Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajıdır.
Mart ayının 16 və 17-də isə, gecə saat 00:00-dan sahər saat 5:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərkəti üçün tamamilə bağlanacaq.
Alternativ yol olaraq, nəqliyyat vasitələri Hacı Zeynalabdin Tağıyev – Sahil avtomobil yolundan istifadə etməklə Bakı – Şamaxı yoluna və əksinə çıxmaqla hərəkəti davam etdirə bilərlər.
İnterpress.az