İnterpress.az xəbər verir ki, Ərdoğan müsəlman qardaşlarına səsvermə ilə bağlı çağırış edib.
Türkiyə lideri deyib: \”Savaşın da bir əxlaqı, qaydaları var. Tibb işçilərinə atəş açılmaz. Biz Hollandiya və hollandları Srebrenitsadan tanıyırıq. 8 min bosniyalını qətlə yetirdilər. Heç kəs bizə mədəniyyət dərsi keçməsin. Tarixə centilmenlər savaşı olaraq düşən Çanaqqala savaşı buna misaldır\”.
Ərdoğan Almaniyanın baş naziri Angela Merkelə də reaksiya göstərib: \”Vyana müqaviləsi, Aİ kriteriyaları Hollandiya rəhbərliyi tərəfindən tapdalandı. Merkel də çıxıb \”Mən Hollandiyanın yanındayam\”- deyir. Sənin ondan fərqli olmadığını bilirik. Onlar at və itləri ilə hücum edirlər. Sən də elə edirsən. Avropa dövlətlərinin də dəstək verməsi qəribədir\”.
İnterpress.az