NATO Abxaziyada keçirilən parlament seçkilərini tanımırbackend

NATO Abxaziyada keçirilən parlament seçkilərini tanımır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, NATO bu seçkiləri tanımadığını bəyan edib. Bəyanatda deyilir ki, səsvermə Gürcüstanda vəziyyəti nizamlamadığı üçün keçirilən seçkilər tanınmır. Alyansın bəyanatı Brüsseldə yayımlanıb.

Bəyanatda deyilir: \”NATO 12 mart tarixində Gürcüstanın Abxaziya regionunda keçirilən seçkiləri tanımır. Keçirilən seçkilər Gürcüstanda vəziyyəti nizamlama gücünə malik deyil\”.

Qeyd edək ki, qondarma Abxaziyada respublikasında keçirilən parlament seçkilərinin 1-ci turunda 12 qalib müəyyənləşdirilib. 22 dairədə səsvermənin ikinci turu keçiriləcək. Qudauta şəhərində isə təkrar seçkilər keçiriləcək. Səsverməni Qərb müşahidəçilərindən heç biri izləməyib.

İnterpress.az