Sələfi məscidlərinə kütləvi basqın…backend

Sələfi məscidlərinə kütləvi basqın…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Almaniyanın Aşağı Saksoniya əyalətinin Hildesheim kəndindəki sələfilərə aid məscid, həmçinin, onun ətrafında olan ev və dərnəklərə polis tərəfindən basqın olub.

Radikal qrupun mərkəzi sayılan Hildesheimdəki məscidə orada fəaliyyət göstərən dərnəyə, eləcə də ətrafdakı sələfilərə məxsus evlərə də bu gün polis tərəfindən basqın edilib.

Alman polisi axtarış aparılan məscidlərin uzun müddətdir ki, izlənildiyini bildirib.
Berlindəki Noel festivalına TIRla soxulan Anis Amrinin Hildesheimdəki radikal Sələfi qrupun üzvü olduğu bildirilir.

Reuters xəbər agentliyi səkkiz ayrı dairədə də axtrış aparıldığını bildirir.

Almaniya Daxili İşlər Nazirliyi Hildesheimdəki sözü gedən məscidin radikal sələfilərin ölkədəki mərkəzi olduğunu bildirib.

İnterpress.az