Almaniyada erməni soyqrımı abidəsi ucaldırlarbackend

Almaniyada erməni soyqrımı abidəsi ucaldırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Köln Böyükşəhər Bələdiyyə Məclisi Komissiyasının çıxardığı qərara görə abidə Lehmbaçer Veg qəbiristanlığında ucaldılacaq.

Ümumilikdə 5 min üzvü olan Köln Erməni-Xristian Cəmiyyətinin Yaşıl Sahə Komissiyasına müraciəti ilə gündəmə gələn soyqırım xatirə memoreal abidəsinin ucaldılacağı qəbiristanlıqda dəfn edilənlərin əksəriyyəti müsəlmanlardır.

Köln Türkləri Həmrəylik və Təşəbbüs Platformasının sözçüsü Levent Taşkıran bu qərara sərt reaksiya verib. Soyqırım abidəsinin ucaldılacağı qəbiristanlıq qarşısında açıqlama edən Levent Taşkıran Platforma olaraq bu mövzunu təxminən iki ildir təqib edirik. Köln Bələdiyyəsi və Kölndəki siyasi partiyalarla lazımlı danışıqlar apardıq. Amma təəssüf ki, Baş Komissiya bizim fikrimizi öyrənmədən, əleyhimizə qərar çıxardı deyib.

İnterpress.az