İnterpress.az xəbər verir ki, Li, Çinin ABŞ-la ticarə müharibəsində maraqlı olmadığını bildirib. Belə bir savaş iki ölkə arasında ticari münasibətləri poza bilər.
Sədr deyib: \”Düşünürəm ki, hansı fikir ayrılıqları olduğu vacib deyil. Biz masaya əyləşib müzakirələr aparmalı, bir-birimizlə işləməli və həll yollarını tapmalıyıq. Biz qarşılıqlı maraqların genişlənməsi üçün çalışmalıyıq. Bu isə fikrimcə ən düzgün seçimdir. Biz ölkələr arasında heç bir ticari savaş görmək istəmirik. Bu bizim ticarətə müsbət təsir göstərə bilməz\”.
Li Ketsyan vurğulayıb ki, \”Vahid Çin\” siyasətinə əməl edildiyi təqdirdə rəsmi Pekin əməkdaşlıq üçün geniş imkanların olduğuna inanır: \”Düşünürəm ki, hər iki tərəf üçün strateji maraqları dəstəkləmək, qarşılıqlı münasibətləri yaxşılaşdırmaq üçün dialoqlar vacibdir\”.
Sədr həm də qeyd edib ki, gələn ay iki ölkə liderlərinin görüşü keçiriləcək və diplomatlar görüşə hazırlaşırlar
İnterpress.az