İnterpress.az Report-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nümayəndə heyətinə HDD-nin Döyüş Hazırlığı İdarəsinin rəisi kontr-admiral Viktor Koçemazov başçılıq edir. Qonaqlar Bakıda “Dəniz Kuboku – 2017” müsabiqəsinin beynəlxalq mərhələsinə hazırlıq işlərinin müzakirə ounacağı konfransda iştirak edəcəklər. Müsabiqənin detalları Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanlığının nümayəndələri ilə birgə işlənib hazırlanacaq.
“Dəniz Kuboku – 2017” 1-10 avqust tarixlərində Azərbaycanda keçiriləcək.
Həmçinin Rusiya nümayəndə heyətinin Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin bazasına getməsi planlaşdırılır.
İnterpress.az